6 Aprel 2025 / 20:20

Bir cüt ayaqqabının verdiyi zövq- RƏSULZADƏ STALİNLƏ BAĞLI XATİRƏ KİTABINDA YAZIRDI

Tezadlar.az xatırladır ki, M.Ə.Rəsulzadənin Stalinlə bağlı yazdığı xatirələr kitabında maraqlı bir hadisə nəql edilir:
“Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki, alasan. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi xəbəri nəşr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka” deyilən bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın almaq ümidi ilə Məhəmməd Əli ilə birlikdə bazara getdik, üstümüzdəki qızıl istənilən qiymətin əsasını təşkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsl dəyər təşkil edən şeyləri də buna əlavə etməli idik; bu dəyərli əşyadan bir neçə iynə, bir az tikiş sapı və bir qədər də duz vermək lazımmış, bu “əmtəələr” o dövrün qızıldan da qiymətli valyuta malları idi. Şükür olsun ki, bu “valyuta” mallarından bir qədər var idi; verdik, nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eşitdim:
– Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!”
(M.Ə.Rəsulzadə. Stalinlə ixtilal xatirələri)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!