8 Aprel 2025 / 10:34

DİN: 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

Aprelin 7-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!