Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Aprel 2025 / 08:04

Prezident İlham Əliyev Çində rəsmi səfərdədir

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi keçirilib. Tezadlar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar. Çin nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olunub. Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!