Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Leninqrad vilayətində masajçı masaj seansı zamanı məktəbli qızın ayağını sındırıb.
Tezadlar.az bildirir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib.
Xəsarət alan məktəblinin atası polisə müraciət edib.
“Yükki kəndində masaj zamanı masajçı 2016-cı il təvəllüdlü qızın ayağını sındırıb, onun bud sümüyünün aşağı ucu sınıb”, – mənbə bildirib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ilə (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb.
Masajçı müştəri qəbul etdiyi evin yaxınlığında saxlanılıb. 54 yaşlı kişi rəsmi olaraq işləmir. Dindirildikdən sonra ondan polisə gəlmək üçün vəd imzalaması tələb olunub.
E.ŞİRİNOV