Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Lerikdə “Ford Transit” markalı nəqliyyat vasitəsi aşıb, ölən və xəsarət alanlar var.
Hadisə Lerik rayonunun Zenoni kəndi istiqamətində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford Transit” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Son məlumata görə, Lerikdə baş verən yol-nəqliyyat hadisəsində sərnişin ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a bildirilib ki, aprelin 24-də saat 8 radələrində E.Qasımov idarə etdiyi “Ford Transit” markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
RÖVŞANƏ