Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Paris məhkəməsi aktyor Jerar Depardyeni 2021-ci ildə “Yaşıl panjurlar” filminin çəkiliş meydançasında iki qadına cinsi təcavüzdə təqsirli bilib.
Tezadlar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Jerard Depardye təqsirli bilinib”, – telekanal hakimin bəyanatına istinadən xəbər verir.
Belə ki, məhkəmə aktyora 18 ay sınaq müddəti kəsib.
Daha əvvəl qızlardan birinin vəkili vurğulamışdı ki, 20-dən çox qadın Depardyeyə qarşı təqib, cinsi təcavüz və zorlama ittihamları ilə çıxış edib, lakin Fransada yalnız iki iş üzrə məhdudiyyət müddəti keçib və məhkəmə prosesi başa çatıb.
Nəhayət, 54 və 34 yaşlı iki qadının şikayətlərinə baxılıb – filmin çəkiliş qrupunun üzvləri olan quruluşçu rəssam və rejissor köməkçisi.
Depardye özü isə bütün ittihamları rədd edərək onları böhtan adlandırıb və vəkili bildirib ki, məhkəmə konkret olaraq təqsirləndirilən şəxsin müdafiəsi üçün ifadə verə biləcək şahidlərin ifadəsini qəbul etməkdən imtina edir.
E.ŞİRİNOV