Əsas məzmuna keç

Tbilisidə Saakaşvilinin həbsinin 5-ci ildönümü ilə bağlı aksiya keçirilib

Tbilisidəki Rike parkında “Vahid Milli Hərəkat” partiyasının etiraz aksiyası keçirilib. Tezadlar.az xəbər verir ki, aksiya Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin həbs edilməsinin 5-ci ildönümünə həsr olunub. Aksiyada partiya rəhbərləri və tərəfdarları iştirak ediblər. Aksiyanın keçirildiyi ərazidə Mixeil Saakaşvilinin anası Giuli Alasaniya da iştirak edib.

Aksiyanın keçirildiyi ərazinin ətrafında polis əməkdaşları səfərbər olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…