MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsmayıllı rayonunda “Kalaşnikov” avtomatı aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən çay kənarında odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib.
Araşdırmalar aparılır.
RÖVŞANƏ