Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ukrayna Hərbi Hava Qüvvələri F-16 təyyarəsini itirib. Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinə istinadla bildirir ki, Rusiyanın hava hücumunu dəf edərkən pilot göyərtəsində anormal vəziyyətlə qarşılaşıb, lakin təyyarəni yaşayış ərazisindən uzaqlaşdıra bilib, özü isə paraşütlə tullanaraq xilas olub. Ukrayna Hərbi Hava Qüvvələri rəsmi açıqlamada yazır ki, mayın 16-da Ukrayna vaxtı ilə saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Bu zaman Ukrayna qırıcısı düşmənin hava hücumunu dəf etmək missiyasını yerinə yetirirmiş. Sitat: “İlkin məlumatlara görə, pilot təyyarə topundan istifadə etməklə üç hava hədəfini məhv edib və dördüncüsü üzərində işləyib. Bununla belə, göyərtədə anormal vəziyyət yaranıb. Pilot təyyarəni yaşayış ərazisindən uzaqlaşdırıb və uğurla yerə atılıb”.
Məlumata görə, axtarış-xilasetmə qrupu qısa müddətdə pilotu tapıb və təxliyyə edib.
A.Məmmədli