Ukraynanın “F-16″sı vuruldu, pilot paraşütlə xilas oldu…

Oxunma sayı: 393

Ukrayna Hərbi Hava Qüvvələri F-16 təyyarəsini itirib. Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinə istinadla bildirir ki, Rusiyanın hava hücumunu dəf edərkən pilot göyərtəsində anormal vəziyyətlə qarşılaşıb, lakin təyyarəni yaşayış ərazisindən uzaqlaşdıra bilib, özü isə paraşütlə tullanaraq xilas olub. Ukrayna Hərbi Hava Qüvvələri  rəsmi açıqlamada yazır ki, mayın 16-da Ukrayna vaxtı ilə saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Bu zaman Ukrayna qırıcısı düşmənin hava hücumunu dəf etmək missiyasını yerinə yetirirmiş. Sitat: “İlkin məlumatlara görə, pilot təyyarə topundan istifadə etməklə üç hava hədəfini məhv edib və dördüncüsü üzərində işləyib. Bununla belə, göyərtədə anormal vəziyyət yaranıb. Pilot təyyarəni yaşayış ərazisindən uzaqlaşdırıb və uğurla yerə atılıb”.

Məlumata görə, axtarış-xilasetmə qrupu qısa müddətdə pilotu tapıb və təxliyyə edib.

A.Məmmədli

Xəbəri paylaş

22 İyun