Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 May 2025 / 21:30

Nümunəvi uşaq idi, vəhşicəsinə döyüblər

Gəncədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun yaxınları danışıblar.

“Tezadlar.az”ın məlumatına görə, onlar Elgünün məktəbdə nümunəvi şagird olduğunu bildiriblər.

“Anası xəstə adamdır, pis vəziyyətdədir. Xəstəxanadan zəng gəldi. Gedəndə gördük ki, onu vəhşicəsinə döyüblər. Şərəf lövhəsində şəkli olan, nümunəvi uşaq idi. Cinayətkarların tutulmasını, başqa uşaqların, anaların başına bunun gəlməməsini istəyirik”, – mərhumun qohumu Samirə Zeynalova söyləyib.

Mərhumun dayısı bildirib ki, araşdırmalarının yekununu gözləyirlər:

“Hamı balasını çölə buraxmağa qorxur. Ehtimallar çoxdur, hərə bir söz danışır”.

Dostları isə deyir ki, Elgün heç vaxt mübahisəyə girən, davakar biri olmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!