Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2025 / 18:00

Rusiya da kibercinayətlərdən əziyyət çəkir – 4 ayda dəyən zərər 64 milyardı ötdü…

 2025-ci ilin əvvəlindən Rusiya Federasiyasında uzaq məsafədən oğurluqların sayının azalmasına baxmayaraq,  kibercinayətlərdən dəymiş zərərin məbləğində 30 faiz artım qeydə alıb.

“Məsafədən oğurluqları götürsək, son 10 ildə ilk dəfə azalma müşahidə edirik. Ötən il 4 ayda 154 min, bu il 150 min olub. Amma təəssüf ki, zərər baxımından mənfi cəhətlər var. Bu il bizim dəymiş ziyanımız keçən illə müqayisədə 30% çoxdur – 64 milyard rubl (2024-cü ildə – 53 milyard rubl)”, – XIII Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəis müavini Danil Filippov bildirib.

Filippov qeyd edib ki, “belə dinamika davam edərsə, 2025-ci ilin sonuna qədər biz 2024-cü ili qabaqlayacağıq”. O xatırladıb ki, ötən il 200 milyard rubldan çox ziyanla 500 min kibercinayət törədilib.

İnformasiya və telekommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərdən danışan qurumun rəis müavini ilin dörd ayında cüzi artım olduğunu bildirib.

“Bu il 247 min cinayət baş verib ki, biz hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətləri fəal şəkildə aşkar edirik”, – o vurğulayıb.

Filippovun sözlərinə görə, “oğurlanmış pulların demək olar ki, hamısı kriptovalyutaya köçürülür və Rusiyanın yurisdiksiyasından çıxarılır”.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!