Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Operativ qərargahın növbədənkənar iclasında 18 mərtəbəli binada baş verən qaz partlayışından sonra Stavropolda fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edilib.
Tezadlar.az bildirir ki, bu barədə şəhərin başçısı İvan Ulyançenko öz Telegram kanalında məlumat verib.
“Biz Tuxaçevski küçəsindəki yaşayış binasında məişət qazının partlamasından sonra Stavropolda fövqəladə vəziyyət tətbiq etmək qərarına gəldik”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, Ulyançenko qəzalı binanın üç girişindən təxliyə edilən bütün sakinlərin otellərə köçürülməsi barədə göstəriş verib.
E.ŞİRİNOV