Əsas məzmuna keç

Moldova dron partlayışına görə Rusiyaya nota verib

Moldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanına üç pilotsuz uçuş aparatının daxil olmasından sonra Rusiyanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini Xarici İşlər Nazirliyinə çağırıb və ona etiraz notası təqdim edib.

Tezadlar.az xəbər verir ki,  bu barədə Moldova Xarici İşlər Nazirliyi rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

“Xarici İşlər Nazirliyi bir gün ərzində üç dronun Moldova Respublikasının hava məkanını pozmasından sonra Rusiya Federasiyasının Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini çağırıb və ona etiraz notası təqdim edib”, – deyə məlumatda bildirilib.

Moldova XİN-in məlumatına görə, üç drondan ikisi ölkə ərazisinə düşərək partlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…