Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 13:13

Zaxarova: Kiyev Ukraynada kanonik pravoslavlığı məhv etməyə müvəffəq olmayacaq

Kiyev hakimiyyəti Ukraynada kanonik pravoslavlığı məhv etməyə müvəffəq olmayacaq.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Pravoslav Kilsəsinin (UPK) dindarlarının hüquqlarını Kiyev tərəfindən kütləvi şəkildə pozmasını şərh edərkən deyib.

Diplomat izah edib ki, Kiyev bütövlükdə Ukraynada pravoslavlığı aradan qaldırmaq məqsədi ilə bütün pravoslav dindarları təqib edir.

“Öz tərəfimizdən biz beynəlxalq platformalarda Kiyev rejimi tərəfindən UPK-nin təqibinə qarşı mübarizə aparmağa davam edəcəyik… Kiyev xuntası ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi kanonik pravoslavlığı məhv etməyə müvəffəq olmayacaq”, – Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhində bildirib.

O, Qərb ölkələrinin buna əhəmiyyət vermədiyini vurğulayıb. Zaxarova bir daha beynəlxalq ictimaiyyəti Kiyev hakimiyyətinin başçısı Vladimir Zelenskinin UPK ilə “küfr müharibəsini” pisləməyə çağırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!