Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyun 2025 / 12:40

Bakıda Hindistan Səfirliyi və Beynəlxalq Qalareyanın birgə sərgisi keçirilir- FOTO

Bu dəqiqələrdə Bakıdakı “Sultan” Şadlıq Sarayında Hindistanın Azərbaycandakı  səfirliyinin və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə ” İncəsənət sərhəd tanımır” sərgi təşkil olunub.

Tədbirdə iştirak edən “Təzadlar”ın əməkdaşı Yasəmən Məmmədli  bildirdi ki, tədbir Hindistan- Azərbaycan mədəniyyəti ilə incəsənəti arasındakı vəhdətdən bəhs edir və Azərbaycandan olan rəssamların əl işləri- rəsm əsərləri qonaqlara təqdim edilib.

Qeyd edək ki, sərgi-tədbirin Hindistan tərəfdən təşkilatçısı Evento Qrup Fesilitanın direktoru Srujana Çandradır.

Beynəlxalq Qalareyanın rəhbəri Elnurə  İsgəndərova  tədbirdə çıxış edərək qonaqları salamlayıb və sərgi haqqında ətraflı məlumat verib. Sonra Azərbaycanla Hindistan mədəniyyətinin əlaqələrindən bəhs edən çıxışlar davam edib…

Sərgidə rəsmi qonaq qismində Hindistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirinin müavini Mr. Srinivas Rao Javvadi və səfirliyin digər əməkdaşları da iştirak ediblər.

Tədbir hazırda davam edir.

Daha geniş yazı təqdim olunacaq.

Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!