Noyabrın 7-də saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində görkəmli şairəvə ictimai xadim, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş “Xan qızı Xurşidbanu Natəvan” adlı sənədli filmin nümayişi keçiriləcək. Bu barədə tədbirin təşkilatçıları məlumat veriblər.
Tezadlar.az xəbər verir ki, Filmin ideya müəllifi tanınmış rəssam-modelyer, dizayner, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır. Ssenari müəllifi isə alim-folklorşünas, şairə və dramaturq Fəridə Hicran Vəliyevadır.
Ekran əsəri Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinəhəsr olunub. Filmdə Xan qızı Natəvan obrazını Fəxriyyə Xələfovaözü canlandırıb.
Filmin çəkilişləri Ağdam, Şuşa və Şahbulaq qalasında aparılıb.
Ekran əsərinin özünəməxsus xüsusiyyətlərindən biri də onunorijinal formatda hazırlanmasıdır. Filmin ərsəyə gəlməsindəXurşidbanu Natəvanın nəslinin davamçıları da iştirak edərək ailəarxivlərində qorunan məlumatları, xatirələri və nəsildən-nəsləötürülən hekayələri bölüşüblər. Bu xatirələr vasitəsilə tamaşaçışairənin şəxsiyyəti, həyat yolu və ailə irsi ilə daha yaxından tanışolmaq imkanı əldə edir.
Məlum olduğu kimi, Xurşidbanu Natəvanın üç övladı olub: Mehdiqulu xan Vəfa, Mir Həsən Ağa Mir və Xanbikə xanım. Mehdiqulu xan Vəfanın qızlarından biri olan Bilqeyis xanımXələfbəyovlar nəslinin nümayəndəsi ilə ailə qurub. Qeyd edək ki, Fəxriyyə Xələfova da Qarabağın tanınmış bəy nəsillərindən biriolan, vaxtilə Şuşada yaşamış Xələfbəyovlar nəslindəndir.
Filmdə Natəvanın həyat və yaradıcılığı, Qarabağın tarixi-mədəniirsi, eləcə də bölgənin özünəməxsus ənənəvi geyim mədəniyyətiəksini tapıb. Xan qızının zəngin irsi ilə yanaşı, Qarabağın tarixiabidələrinin taleyinə də xüsusi diqqət yetirilib.
Ekran əsərində Şuşanın obrazı xüsusi yer tutur. Filmin süjetinəgörə, Xan qızının ruhu sanki azad edilmiş Şuşadakı evinə qayıdır.Dağıntılara məruz qalmasına baxmayaraq, bu ev öz divarlarıarasında şəhərin şanlı tarixini qoruyub saxlayır. Vaxtilə buradatanınmış şəxsiyyətlər toplaşar, ədəbi-bədii və poeziya gecələrikeçirilər, yeni istedadlar üzə çıxardı. Bir zamanlar Şuşanın mədənihəyatının ürəyi məhz burada döyünürdü.
Film tamaşaçıları Xurşidbanu Natəvanın zəngin irsinə bir dahanəzər salmağa, Qarabağın tarixinin unudulmaz səhifələrini yenidənkəşf etməyə, mədəniyyət və yaddaşın nəsillər arasında yaratdığıqırılmaz bağlılığı hiss etməyə dəvət edir.





