Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Cumhuriyyətinin səhiyyə naziri Fahrettin Koca, Twitter-dəki hesabında bu barədə şərh verib: “Türkiyədə hazırlanan “Türkovacın” üçüncü mərhələ sınaqları çərçivəsində ilk doza tətbiq edilib. 40 min 800 könüllünün köməyinə ehtiyac olmasına baxmayaraq, qısa müddətdə 846 min 451 müraciət qeydə alınıb. Nəticənin qənaətbəxş olacağına inamımız tamdır. Türkiyə qısa müddətdə öz peyvəndini istehsal edən ölkələr arasına daxil olacaq”.
Qeyd edək ki, Kayseri Erciyes Universiteti, Səhiyyə Nazirliyi, Türk Sağlamlıq İnstitutları Başçılığının (TÜSİB) əməkdaşlığı ilə hazırlanan “TURKOVAC”-ın üçüncü mərhələ araşdırmaları çərçivəsində vaksinasiya tətbiqinə dünən Ankara Şəhər Xəstəxanasında start verilib.