Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində kamikadzenin özünü partlatması nəticəsində azı 16 nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli administrasiya və təhlükəsizlik rəsmilərinə istinadən “Frans Press” agentliyi məlumat yayıb.
Administrasiya rəsmisi agentliyə bildirib ki, “kamikadze partlayıcılarla dolu avtomobili əsgərlər karvanına sürüb”.
Bundan əvvəl 13 nəfərin öldüyü, 29 nəfərin yaralandığı bildirilirdi.
Polisdəki mənbənin sözlərinə görə, partlayış həm də iki evin damının uçmasına səbəb olub, 6 uşaq yaralanıb.
E.ŞİRİNOV