Əsas məzmuna keç

Xətainin heykəlini sifariş vermiş sabiq icra başçısı danışdı: “Doğru hesab etmirəm”

Xəbər verdiyimiz kimi, Bakıda, Xətai rayonunda (Neftçilər Xəstəxanasının yanı) Xətainin heykəlinin kartuş (və ya lövhə) hissəsində ( üzərində “ŞAH İSMAYIL XƏTAİ” yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhə) kiçik hərflərlə “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” (“Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov”) yazılıb. Bu barədə Sənan Nəcəfzadə ilk olaraq məlumat paylaşmışdı.

Tezadlar.az Xətainin sabiq başçısı Zəlimxan Məmmədliyə sorğu göndərmişdir ki, bu barədə məlumatı var idimi. Onun cavabını təqdim edirik: “…Bu abidəni 1992-ci ilin sonlarında Xətai rayon icra başçısı olaraq mən sifariş etmişəm. Abidənin açılışı isə 1993-cü ilin iyun ayında baş tutub. İbrahim Zeynalov abidənin müəllifidir. O abidənin açılışını mitinqini şəxsən mən etmişəm, lenti rəhmətlik Bakının o vaxtkı meri Rauf Gülməmmədovla birlikdə kəsmişik. Hər il iyul ayının 17-də – hökmdarın doğum günündə abidəni ziyarıt edirəm. Nəvəyə hədiyyə yazısı yenidir. Nə açılışda, nə də sonrakı vaxtlarda görməmişəm. Dövlət sifarişi və vəsaiti ilə ucaldılan abidəni şəxsi emosiyaları təmin etmək üçün istifadəsini doğru hesab etmirəm…”.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…