Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən hadisə ilə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.
TEZADLAR.AZ xəbər verir ki, Professor İlham Rəhimov açıqlamasında bildirib ki,rəhbərlik etdiyi təşkilat Yekaterinburq şəhərində Rusiya vətəndaşları olan azərbaycanlılara qasrşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçirmiş hüquq – mühafizə orqanları əməkdaşlarının dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
İlham Rəhimov bildirib ki, hadisədən xəbər tutan kimi dünən Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə br neçə dəfə əlaqə saxlayaraq, həm hadisə barədə ətraflı məlumat almlş, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.
Professor İlham Rəhimov baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq -mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə də müraciət edəcəyini bildirib. O, hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcəyini vurğulayıb.
Professor İlham Rəhimov, eyni zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güüclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına xidmət edən hərəkətlərdən yayınmağın vacibliyini ifadə edib.
Y.Məmmədli