6 İyul 2025 / 14:00

Peskov: Putin və Makron söhbət zamanı fərqli intonasiyalarda olsalar da…

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronun söhbətində fərqli intonasiyalar olsa da, söhbət mənalı olub.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalistinə deyib.

“Müxtəlif intonasiyalar var idi, bu, iş prosesidir, amma bir daha təkrar edirəm, söhbət kifayət qədər mənalı idi”, – deyə Peskov Putin və Makron arasındakı söhbətin liderlər arasında Minsk razılaşmaları ilə bağlı əvvəlki söhbətində mövcud olan eyni emosionallıq və ya oxşar intonasiya olub-olmadığı sualına cavab verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!