Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronun söhbətində fərqli intonasiyalar olsa da, söhbət mənalı olub.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalistinə deyib.
“Müxtəlif intonasiyalar var idi, bu, iş prosesidir, amma bir daha təkrar edirəm, söhbət kifayət qədər mənalı idi”, – deyə Peskov Putin və Makron arasındakı söhbətin liderlər arasında Minsk razılaşmaları ilə bağlı əvvəlki söhbətində mövcud olan eyni emosionallıq və ya oxşar intonasiya olub-olmadığı sualına cavab verib.
E.ŞİRİNOV







