Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.
TEZADLAR.AZ xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.
Orxan Zeynalov, həmçinin sabit tarifin əsas əhali istehlakçıları arasında maliyyə yükü yaratmayacağını da vurğulayıb.
Nazir müavini əlavə edib ki, sabit tarifə aid xərclər hazırda aktiv istehlakçılar tərəfindən mövcud istehlak tarifinin daxilində ödənilir:
“Bu yanaşma əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq. Azərbaycanda məişət abonentləri üçün sayğaclar abonentin deyil, paylayıcının hesabına təchiz olunur.
Türkiyə, Rusiya, Gürcüstanda sayğacların dəyəri bilavasitə abonentlər tərəfindən ödənilir. Hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki prosesdir. Bu məqsədlərin həyata keçirilməsi üçün əlavə maliyyə yükü və infrastruktur tələb olunur. Yəni abonent şəbəkəyə qoşulan zaman ererji istehlak edib-etməməsindən asılı olmayaraq müəyyən xərclərin yaranmasına səbəb olur. Bu zaman belə bir sual meydana çıxır: Niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir? Bu baxımdan, tarif sisteminin təkmil iqtisadi yanaşmalarla strukturlaşdırılması gələcəkdə bu istiqamətdə ədaləti, əlçatan tariflərin formalaşmasına səbəb olacaq”, – deyə O.Zeynalov fikrini tamamlayıb.