23 İyul 2025 / 08:05

Kürdəmirdə qarpız zəhərlənməsindən 7 nəfər xəstəxanalıq oldu

Kürdəmirdə Cəyli kənd sakinləri arasında kütləvi zəhərlənmə baş verib. Tezadlar.az sosial şəbəhə hesablarına istinadla bildirir ki, ilkin məlumatlar zəhərlənmənin qarpızdan olduğunu təsdiqləyir. Qarpızdan zəhərlənən 7 nəfərin adları da məlum olub. Bu da siyahı:

-2020 təvəllüdlü Xəlilov Əli Coşqun oğlu

2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu

1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı

1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu

1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı

2008-ci il təvəllüdlü Şükürova Şəbnəm Qabil qızı

1994-cü il təvəllüdlü Şükürova Şəlalə Habil qızı

1977-ci il təvəllüdlü Şükürov Qabil İsgəndər oğludur.

Daha bir məlumata görəş kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Onlar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırıblar. Hamısına tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Ümumiyyətlə, yay dövründə yeməklərin hazırlanmasına və saxlanma şəraitinə ciddi fikir vermək lazımdır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!