24 İyul 2025 / 08:33

Ukrayna bu şərtlərə də hazırdır…

“Ukrayna atəşkəsə hazırdır və nümayəndə heyəti buna nail olmaq üçün istənilən, hətta ən kiçik fürsətdən istifadə edir”. Tezadlar.az “Ukraindkaya pravda”ya istinadla xəbər verir ki, bu barədə o bu barədə  feysbukunda yazıb. Sitat: “Bu gün Ukrayna Prezidentinin tapşırığına uyğun olaraq, nümayəndə heyəti İstanbuldadır. Danışıqlardan əvvəl komanda ilə son hazırlıq işlərini apardıq. Biz ədalətli və davamlı sülhün əldə olunması, bütün insanlarımızın, o cümlədən qanunsuz olaraq Rusiyaya deportasiya olunmamış uşaqların geri qaytarılması naminə danışıqlar prosesini davam etdiririk”.

“Atəşkəs üçün bütün texniki mexanizmlər yaxşı məlumdur. Yeganə maneə Moskvanın qeyri-konstruktiv mövqeyidir”, – Umerov əlavə edib. O həm də deyib ki, Ukrayna ardıcıl olaraq liderlərin görüşünün tərəfdarıdır. Sitat: “Biz dünən buna hazır idik, bu gün də hazırıq, sabah da hazır olacağıq. Rusiya öz hazırlığını nümayiş etdirməlidir”.

Artıq iki ölkə arasındakı uzunmüddətli müharibənin dayandırılmasına ümidlər xeyli artıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!