“Ukrayna atəşkəsə hazırdır və nümayəndə heyəti buna nail olmaq üçün istənilən, hətta ən kiçik fürsətdən istifadə edir”. Tezadlar.az “Ukraindkaya pravda”ya istinadla xəbər verir ki, bu barədə o bu barədə feysbukunda yazıb. Sitat: “Bu gün Ukrayna Prezidentinin tapşırığına uyğun olaraq, nümayəndə heyəti İstanbuldadır. Danışıqlardan əvvəl komanda ilə son hazırlıq işlərini apardıq. Biz ədalətli və davamlı sülhün əldə olunması, bütün insanlarımızın, o cümlədən qanunsuz olaraq Rusiyaya deportasiya olunmamış uşaqların geri qaytarılması naminə danışıqlar prosesini davam etdiririk”.
“Atəşkəs üçün bütün texniki mexanizmlər yaxşı məlumdur. Yeganə maneə Moskvanın qeyri-konstruktiv mövqeyidir”, – Umerov əlavə edib. O həm də deyib ki, Ukrayna ardıcıl olaraq liderlərin görüşünün tərəfdarıdır. Sitat: “Biz dünən buna hazır idik, bu gün də hazırıq, sabah da hazır olacağıq. Rusiya öz hazırlığını nümayiş etdirməlidir”.
Artıq iki ölkə arasındakı uzunmüddətli müharibənin dayandırılmasına ümidlər xeyli artıb.







