28 İyun 2021 / 07:22

ƏLİ ƏSƏDOV TÜRKİYƏNİN VİTSE-PREZİDENTİNİ “KANAL İSTANBUL”LA BAĞLI TƏBRİK EDİB

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda layihənin uğurlu icrasının Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!