Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Ali Məhkəməsinin müstəntiq hakimi PUA-ların alınması işində şübhəli bilinən hərbi hissənin rəisinə qarşı qabaqlayıcı tədbir – 2 milyon UAH məbləğində girov alternativi ilə həbs qətimkan tədbiri seçib. Tezadlar.az Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun məlumatına istinadla bildirir ki, müstəntiq Ukrayna Milli Qvardiyasının hərbi hissəsinin komandirinə 2 milyon UAH girov qoyulması alternativi ilə həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib-müddət 30 sentyabr 2025-ci ilədəkdir. Söhbət polkovnik Vasili Mışanskidən gedir. Girov qoyularsa, o, aşağıdakı prosessual öhdəliklərə tabedir:
-hər bir xahişlə müstəntiq (əməliyyatçı), prokuror, müstəntiq hakimi qarşısına çıxmaq;
-yaşayış yeri və (və ya) iş yerinin dəyişdirilməsi barədə müstəntiqə (əməliyyatçıya), prokurora və ya məhkəməyə məlumat vermək;
-müstəntiqin (əməliyyatçının), prokurorun icazəsi olmadan Kiyev şəhərini və Kiyev vilayətini tərk etməmək;
-müstəntiq -hakiminin qərardadında göstərilən şəxslərlə ünsiyyətdən çəkinmək;
-xaricə getmək üçün pasportunu (pasportlarını), Ukraynanı tərk etmək və Ukraynaya daxil olmaq hüququ verən digər sənədləri saxlanmaq üçün müvafiq dövlət orqanlarına təhvil vermək;
-elektron nəzarət vasitəsini taxmaq.
Prokurorluqdan qeyd ediblər ki, həbs qətimkan tədbirindən apellyasiya şikayəti veriləcək, lakin bu məhkəmənin qərarını dəyişdirə bilməyəcək. Çünki söhbət Rusiya ilə ağır müharibə aparan Ukraynanın müdafiəsindən sui-istifadə hallarından gedir. Və polkovnik Vasili Mışanskinin əməli Vətənə xəyanət maddəsinə tövsif edilib…
Sitat: “Следственный судья ВАКС частично поддержал позицию прокурора САП и применил к командиру воинской части Национальной гвардии Украины меру пресечения в виде содержания под стражей с альтернативой внесения 2 млн грн залога. Срок действия меры пресечения – до 30 сентября 2025 года включительно. Речь идет о полковнике Василии Мышанском”.
A.Məmmədli