Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran prezidenti Məsud Pezeşkiyanın Belarusa rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələdir.
Tezadlar.az xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko iranlı həmkarı ilə geniş tərkibdə danışıqları zamanı deyib.
“Sizin səfəriniz ikitərəfli münasibətlərin inkişafında, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığımızın möhkəmləndirilməsində yeni mərhələdir. Geosiyasi təlatümlər şəraitində Minsk və Tehran əməkdaşlığı daha da inkişaf etdirmək üçün ardıcıl və balanslı addımlar atır və hər bir yeni çağırışı yeni imkana çevirmək üçün çox çalışırlar”, – Belarus prezidenti qeyd edib.
E.ŞİRİNOV