Əsas məzmuna keç

İran prezidentinin Belarusa səfəri əlaqələrin inkişafında yeni mərhələdir – Lukaşenko

İran prezidenti Məsud Pezeşkiyanın Belarusa rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələdir.

Tezadlar.az xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko iranlı həmkarı ilə geniş tərkibdə danışıqları zamanı deyib.

“Sizin səfəriniz ikitərəfli münasibətlərin inkişafında, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığımızın möhkəmləndirilməsində yeni mərhələdir. Geosiyasi təlatümlər şəraitində Minsk və Tehran əməkdaşlığı daha da inkişaf etdirmək üçün ardıcıl və balanslı addımlar atır və hər bir yeni çağırışı yeni imkana çevirmək üçün çox çalışırlar”, – Belarus prezidenti qeyd edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…