9 Sentyabr 2025 / 20:58

Ukraynalı futbolçuların sinəsində Ukrayna və Azərbaycan bayraqları həkk olunub

Bu gün saat 20:00- da DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan – Ukrayna matçına start verildi. Tezadlar.az xatırladır ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir. Bu dəqiqələrdə isə DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan – Ukrayna oyununda ilk hissə başa çatıb və matçda birinci yarıda qapılara qol vurulmayıb.

Maraqlı olan budur ki, ukraynalı oyunçuların hamısının futbolkasının ön hissəsində Ukrayna və Azərbaycanın bayraqları həkk olunub. Və ən maraqlısı, Azərbaycan bayrağı sağdan birinci təqdim edilib.
Bu dəqiqələrdə Rusiyanın bəzi sosial media hesablarında bunu Rusiyaya acıq vermə və rəsmi Moskvanı əsəbləşdirmə əməli kimi qiymətləndirmələrə rast gəlmək olur.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!