19 Sentyabr 2025 / 11:05

“Uzbekneftegaz”ın departament rəhbəri və BANM-nin rektoru görüşüb – FOTO

Azərbaycanda səfərdə olan “Uzbekneftegaz” ASC-nin İnsan resursları departamentinin rəhbəri Avezov Anvar Xabibullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində (BANM) görüşdük.
Tezadlar.az xəbər verir ki, bunu BANM-nin rektoru Elmar Qasımov sosial media hesabındakı paylaşımda bildirib.
Rektor diqqətə çatdırıb ki, hazırda “Uzbekneftegaz”ın maliyyə dəstəyi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universitetindən ümumilikdə 16 tələbə BANM-da təhsil alır.
“Sonda ikili diploma sahib olacaq bu tələbələr BANM-də böyük təcrübə qazanacaq, yerli və qlobal şirkətlərdə təcrübəkeçəcəklər.
Daha sonra BANM-in strateji inkişaf üzrə prorektoru Güldənə Hidayətli nümayəndə heyəti üçün təqdimat edib”, – deyə qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!