Bir vaxtlar BANM-da tələbə kimi əyləşdikləri auditoriyalara bu gün müəllim kimi qayıdırlar.
Bu, universitet üçün ən böyük qürurlardan biridir. Biz yalnız mütəxəssis yetişdirmirik, həm də gələcəyin müəllimlərini, alimlərini və akademik liderlərini formalaşdırırıq.
Bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Dünənin məzunu, bugünün müəllimi olan həmkarlarımızı təqdim edirik:
Aidə Aslanova – Neft-qaz mühəndisliyi ixtisasının 2017-ci il məzunu, Neft-qaz mühəndisliyi kafedrasında dosent;
Kənan Məmmədov – Neft-qaz mühəndisliyi ixtisasının 2022-ci il məzunu, Neft-qaz mühəndisliyi kafedrasında Baş müəllim;
Suqra Abdullayeva – Neft-qaz mühəndisliyi ixtisasının 2024-cü il məzunu, Neft-qaz mühəndisliyi kafedrasında müəllim;
Lamiyə Rüstəmova – Neft-qaz mühəndisliyi ixtisasının 2022-ci il məzunu, Neft-qaz mühəndisliyi kafedrasında müəllim;
Alışan Alışanov – Neft və qaz texnologiyası ixtisası üzrə 2025-ci il magistr məzunu, Kimya mühəndisliyi kafedrasında müəllim.
Müəllimlərimizi yeni təyinat münasibətilə təbrik edir, uğurlar arzulayırıq!”, – deyə rektor qeyd edib.
JASMİN







