Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Sentyabr 2025 / 13:59

Gürcüstan Lüksemburqda keçiriləcək nazirlər görüşündə iştirak etməyəcək, çünki…

Gürcüstan Xarici İşlər Nazirliyi Lüksemburqda keçiriləcək nazirlər görüşünə yalnız səfir səviyyəsində dəvət olunmasını qəbuledilməz adlandırıb və bu səbəbdən tədbirdə iştirak etməyəcəyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda bildirilir ki, 20 oktyabrda Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti tərəfindən təşkil ediləcək görüşə Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrinin – Ermənistan, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri dəvət olunub. Gürcüstana isə yalnız səfir səviyyəsində iştirak təklif olunub.

 XİN bəyan edib ki, Gürcüstanın regional təhlükəsizlik və nəqliyyat-kommunikasiya sahələrindəki rolu nəzərə alınmaqla, belə yanaşma nə anlaşılandır, nə də qəbulediləndir: “Nazirlər görüşünə Gürcüstanın səfir səviyyəsində dəvət olunması ölkəmizə qarşı qeyri-ciddi münasibəti nümayiş etdirir və Aİ-nin tədbirlərinə Gürcüstanın dəvət olunması məsələsinin siyasi spekulyasiya, radikal gündəmin təşviqi və ölkədaxili qütbləşmə üçün istifadə edilməsinin daha bir cəhdidir.” Nazirlik əlavə edib ki, bir neçə həftə əvvəl Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə Gürcüstanın bu məsələ ilə bağlı mövqeyi təqdim olunub. Qurum ümid etdiyini bildirib ki, Aİ-yə üzv ölkələr Gürcüstanın Avropa və Asiya arasında əlaqəlilik baxımından rolunu anlayır və bu münasibəti bölüşmür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!