24 Sentyabr 2025 / 21:10

Ceyhun Bayramov BMT Baş Assambleyasında Pakistanlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.

“Təzadlar” xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” səhifəsində paylaşım edib.

“Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır”, – paylaşımda qeyd olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!