24 Sentyabr 2025 / 21:33

“WhatsApp” sosial şəbəkə inteqrasiyasına başlayır

“WhatsApp” istifadəçilərə öz profillərinə “Facebook” hesablarını əlavə etməyə imkan verəcək yeni funksiyanı test edir.

Tezadlar.az xəbər verir ki, bu funksiya Instagramdakı sistemə bənzər olacaq və istifadəçilər istəsələr, profilində Facebook hesabını göstərə biləcəklər.

Təsdiq prosesi “Hesab Mərkəzi” vasitəsilə aparılacaq. Doğrulanmış profillərdə Facebook simvolu görünəcək, təsdiqlənməmiş hesablar isə sadəcə keçid (URL) şəklində təqdim olunacaq.

Mütəxəssislərə görə, bu dəyişiklik WhatsApp-a sosial media elementlərinin inteqrasiyasının ilk mərhələsidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!