25 Sentyabr 2025 / 15:37

Moskvada Paşinyanın siyasətinə etiraz olaraq mitinq keçirilib

Moskvada onlarla erməni baş nazir Nikol Paşinyanın siyasətinə etiraz olaraq aksiya keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Etirazçılar Erməni Apostol Kilsəsinin (EAK) həbs edilmiş arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Ajapaxyanın azadlığa buraxılmasını, kilsəyə hücumların dayandırılmasını tələb ediblər.

Onlarla insan Ermənistan Milli Assambleyası qarşısında toplaşıb. Bu arada Paşinyan özü də Moskvada Ümumdünya Atom Həftəsi forumunda iştirak edir.

Arxiyepiskop Baqrat Qalstanyan 2024-cü ilin yazında Tavuş vilayətinin 4 kəndinin Azərbaycana verilməsi ilə nəticələnən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edib.

İyunun 25-də Ermənistan İstintaq Komitəsi arxiyepiskopu respublikada hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham edib.

Qalstanyana qarşı irəli sürülən ittihamları şərh edən Paşinyan bəyan edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları respublikada sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün “kriminal oliqarx din xadimlərinin” irimiqyaslı və bədnam planının qarşısını alıblar.

Sentyabrın 24-də Ermənistan məhkəməsi arxiyepiskop Mikael Ajapaxyanı hökumətin devrilməsinə çağırışda təqsirli bilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!