Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün, sentyabrın 25-də Rılsk rayonunda Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində iki nəfər yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat verib.
Bolşeqneuşevo və Popovka kəndləri arasında tarla işləri zamanı dron avtomobili vurub. 51 yaşlı kişiyə döş qəfəsinin və ayağının qəlpə yaraları diaqnozu qoyulub. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Ötən gün Rıjevka kəndində 60 yaşlı qadın yüngül xəsarətlər alıb. O, vurulan avtomobilin yaxınlığında olub.
E.ŞİRİNOV