Əsas məzmuna keç

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücumu nəticəsində 2 nəfər yaralanıb

Bu gün, sentyabrın 25-də Rılsk rayonunda Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində iki nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat verib.

Bolşeqneuşevo və Popovka kəndləri arasında tarla işləri zamanı dron avtomobili vurub. 51 yaşlı kişiyə döş qəfəsinin və ayağının qəlpə yaraları diaqnozu qoyulub. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Ötən gün Rıjevka kəndində 60 yaşlı qadın yüngül xəsarətlər alıb. O, vurulan avtomobilin yaxınlığında olub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…