26 Sentyabr 2025 / 06:46

Polşa öz vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırıb

Polşanın Minskdəki səfirliyi öz vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırıb və ölkəyə hər cür səyahətdən çəkinməyi tövsiyə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “İnterfaks” diplomatik missiyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bir gün əvvəl Belarusun müdafiə naziri Viktor Xrenin Minskin Polşa ilə hərbi gərginliyi azaltmaq üçün addımlar atdığını açıqlamışdı.

“Xarici İşlər Nazirliyi Belarus Respublikasında qalan Polşa vətəndaşlarını mövcud kommersiya və şəxsi vasitələrdən istifadə edərək dərhal onun ərazisini tərk etməyə çağırır”, – səfirlik qeyd edib.

Diplomatlar aydınlaşdırıblar ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər.

Polşa bundan əvvəl də öz vətəndaşlarını Belarusu tərk etməyə çağırmışdı. Bu, irimiqyaslı “Zapad-2025” hərbi təlimləri və respublikanın hava məkanında dronların aşkarlanması ilə bağlı insidentlə bağlı olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!