Əsas məzmuna keç

Bu dəfə də Türkiyə səfiri Gürcüstan XİN-ə çağırıldı

Türkiyə tərəfinin Ankarada Gürcüstanın səfiri ilə apardığı danışıqlardan sonra Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Ali Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstran XİN məlumat yayıb. Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Türkiyə tərəfinin öz azarkeşlərinin hərəkətlərinə lazımi qiymət verəcəyinə və gələcəkdə belə halların təkrarlanmasına yol verməyəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Sheva” komandaları arasındakı oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb. Saxlanılanların hamısı daha sonra sərbəst buraxılıb.

Xatırladaq ki, noyabrın 26-da “Beşiktaş” və “Hapoel Beer-Sheva” arasında keçirilən qarşılaşma tribunada baş verən insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb. Oyun sonradan bərpa olunub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…