Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Sentyabr 2025 / 18:23

Netanyahu BMT Baş Assambleyasına səsləndi

İsrailin baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı bəzi nümayəndə heyətlərinin etiraz əlaməti olaraq zalı tərk etməsinə səbəb olub.

Tezadlar.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Qeyd olunur ki, Netanyahu ilk olaraq sentyabrın 26-da çıxış edib. İsrailin baş naziri kürsüyə qalxanda çoxlu nümayəndə heyəti zalı tərk edib. Bundan əlavə, uzun müddət etiraz şüarları eşidilib. Gedənlər arasında ərəb ölkələrinin nümayəndələri də olub.

Bəzi nümayəndə heyətlərinin Netanyahunun çıxışına, ümumiyyətlə, qatılmadığı da bildirilir. Nəticədə, 2024-cü ildə olduğu kimi, İsrailin baş naziri yarıboş zalda danışmağa məcbur olub. Onun sözünü daim qışqırıqlar kəsib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!