Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) bir hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisi üçün təxminən 34 kilometr uzunluğunda torpaq sahəsini Rusiya şirkətinə verib.
Tezadlar.az xəbər verir ki, SNN xəbər agentliyinin məlumatına görə, bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadek bildirib.
“Təxminən 34 kilometr Rusiya şirkətinə verilib ki, işə başlasınlar”, – nazir qeyd edib.
Fərzane Sadekin sözlərinə görə, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsinin tikintisi üçün tələb olunan torpaq sahəsinin təxminən yarısı alınıb. Nazir vurğulayıb ki, İran İran təqvim ilinin sonuna qədər (2026-cı ilin mart ayının üçüncü ongünlüyünə uyğundur) bütün torpaq sahələrinin alınmasını başa çatdırmağı hədəfləyir.
Sentyabrın əvvəlində “Prime” agentliyinin xəbərinə görə, Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bəyan edib ki, Rusiya və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun son hissəsinin – Rəşt-Astara dəmir yolunun tikintisi üzrə əməkdaşlığı davam etdirir. İran layihənin həyata keçirilməsində maraqlı olduğunu təsdiqləyib.
E.ŞİRİNOV