Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Səslərin 50,04 faizi işləndikdən sonra müxalifət partiyaları, o cümlədən “Vətənpərvərlər Bloku” 51,02 faiz səs toplayıb, hakim Fəaliyyət və Həmrəylik Partiyasını qabaqlayıb.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir.
MSK-nın məlumatına görə, seçki məntəqələrinin səslərinin 50,04 faizi işləndikdən sonra Moldovada keçirilən parlament seçkilərində prezident Maya Sandunun hakim partiyası olan Fəaliyyət və Həmrəylik (PAS) 42,40 faiz səs toplayıb.
Müxalifətdəki Vətənpərvərlər Bloku 29,85 faiz, Alternativ Blok 7,92 faiz, Evdə Demokratiya Partiyası 6,86 faiz, Bizim Partiya 6,39 faiz səs toplayıb.
Bundan əvvəl Dövlət Dumasının deputatı Alena Arşinova bəyan etmişdi ki, Rusiyada Moldova vətəndaşları səsvermə hüququndan məhrum ediliblər. Rusiyada cəmi iki seçki məntəqəsi açılıb və ölkədə 400 minə yaxın Moldova vətəndaşının olmasına baxmayaraq, 10 min bülleten verilib.
E.ŞİRİNOV