29 Sentyabr 2025 / 12:29

Moldovada müxalifət seçkinin nəticələrini tanımaqdan imtina edib

Moldova müxalifəti hakim partiyanın qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımır və sakinləri etiraz aksiyalarında iştirak etməyə çağıracaq.

Tezadlar.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalının efirində “Qələbə” müxalifət blokunun lideri İlan Şor deyib.

“Dünən seçki yox, təyinat idi. Bəli, biz təbii ki, bütün nəticələrdən apellyasiya şikayəti verəcəyik. Seçkilər olmadığına görə seçkilərin nəticələrini tanımayacağıq, bu, təyinat idi”, – o deyib.

Siyasətçi onu da vurğulayıb ki, bir neçə partiya da seçkiyə buraxılmadığı üçün iştirak edə bilməyib.

O, həmçinin qeyd edib ki, müxalifət tezliklə növbəti addımlarını müzakirə edəcək, bundan sonra öz seçicilərini etiraza çağıracaq. Şor onu da əlavə edib ki, onlar seçkinin nəticələri ilə bağlı milli və beynəlxalq məhkəmələrə şikayət verməyə çalışacaqlar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!