29 Sentyabr 2025 / 15:29

Məhkəmə hərbi diplomların satıldığı saytları qadağan edib

Moskvanın Şerbinski Rayon Məhkəməsi Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan universitetin saxta diplomlarını və xidməti şəxsiyyət vəsiqələrini satan saytların bloklanması barədə qərar çıxarıb.

Tezadlar.az xəbər verir ki, iddia hərbi prokuror tərəfindən qaldırılıb. Məhkəmə faylına görə, bu internet saytları istifadəçilərin saxta sənədləri satmaq üçün öz xidmətlərini təklif etdikləri forumları əhatə edir.

Məhkəmənin qərarı nəticəsində müxtəlif dövlət qurumlarının saxta şəxsiyyət vəsiqələrinin satışı ilə məşğul olan ondan çox onlayn resurs bloklanıb.

Fevralın 17-də bildirilmişdi ki, Roskomnadzor ötən il ərzində saxta sənədlər satan yüzlərlə Telegram kanalını bloklayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!