1 Oktyabr 2025 / 06:43

Suriya Rusiyaya əvəzləyici tapıb

Qlobal təcriddən çıxmağa çalışan Suriya Ukrayna ilə çoxtərəfli əlaqələr qurmağa başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bundan əvvəl Dəməşq və Kiyev üç illik fasilədən sonra diplomatik münasibətlərin bərpa olunduğunu bəyan ediblər. Vladimir Zelenski bu addımı alqışlayıb və ölkəsinin sabitliyə gedən yolda Suriyanı dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib.

“Əl-Cəzirə”nin istinad etdiyi analitiklərin fikrincə, Dəməşqin Kiyevlə əməkdaşlığı respublikanın əvvəlki rejim dövründə yaşadığı beynəlxalq təcriddən çıxmaq və müxtəlif dünya gücləri ilə münasibətlər qurmaq istəyindən irəli gəlir. Eyni zamanda, ukraynalı politoloq Montaser əl-Bülbül hesab edir ki, ölkələrin yaxınlaşması ümumi düşmənə – Rusiyaya qarşı mübarizədə “Ukrayna ilə Suriyanın inqilabi həmrəyliyini” nümayiş etdirir.

“Hərəkətverici qüvvə Suriyanın milli maraqlarını qorumaq istəyidir. Əsəd rejiminin süqutundan sonra ölkə qismən də keçmiş rejimin şərti Rusiya yardımından asılı olması səbəbindən ciddi iqtisadi təzyiq altında qaldı. Dəməşq respublikanın və onun xalqının maraqları naminə onun bərpası, inkişafı və sabitliyin qorunmasında iştirak etmək istəyən dövlətlərlə, o cümlədən Ukraynanın iqtisadi və siyasi imkanlarını nəzərə alaraq strateji açıqlığa can atır”, – əl-Bülbül əlavə edib.

Əl-Cəzirə telekanalı bildirib ki, əvvəlki rejimin süqutundan sonra Moskva Suriyaya buğda və neft tədarükünü dayandırıb. Bundan xəbər tutan Ukrayna dərhal Dəməşqə böyük miqdarda taxıl və ərzaq göndərib.

“Suriyanın Kiyevin nəzarətinə qaytarılması sadəcə diplomatik addım deyil, daha çox bu ölkəni Moskva və Tehranla sıx ittifaqda saxlayan rejimi bitirmək üçün düşünülmüş cəhddir”, – politoloq Usamə əl-Bəşir iddia edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!