1 Oktyabr 2025 / 07:08

Macarıstan Rusiya pilotsuz təyyarələrini vuracaq – Orban

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, ölkəsi Rusiya pilotsuz təyyarələri Macarıstanın hava məkanına daxil olarsa, onları vuracaq.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti “Döyüş saatı” podkastına istinadən məlumat yayıb.

Aparıcının Rusiyadan gəlsələr belə, Macarıstanın pilotsuz təyyarələri vurub-vurmayacağı ilə bağlı sualına Orban müsbət cavab verib. O, həmçinin bəyan edib ki, Avropa İttifaqı “hər ölçüdə” Rusiyadan üstündür.

“Avropa hər ölçüdə daha güclüdür, Rusiya isə hərbi, iqtisadi və say baxımından daha zəifdir. Bu, bizə zərər verə bilməz. Biz güclü bir cəmiyyət kimi hərəkət etməliyik”, – o bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!