1 Oktyabr 2025 / 13:38

Almaniyada terror təhlükəsi – Münhen polisi əməliyyata başladı

Münhen polisi partlayışlar və yanğınla bağlı genişmiqyaslı əməliyyatı davam etdirir, mümkün təhlükə ilə əlaqədar olaraq Oktoberfest pivə festivalının işinin dayandırılması barədə qərar qəbul edilib.

“Təzadlar” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Polis bu hadisələrin Oktoberfestlə mümkün əlaqəsini yoxlayır.

“Münhendəki digər yerlərlə, o cümlədən Tereziyenvize (festivalın keçirildiyi meydan) ilə mümkün əlaqələr yoxlanılır”, – polis qeyd edib.

“Süddeutsche Zeitung”un məlumatına görə, şəhər meri Diter Rayter “təsdiqlənmiş partlayış təhlükəsi”nin olduğunu bildirib: “Biz risk edərək Oktoberfesti aça bilmərik”.

Hökumət orqanlarının məlumatına görə, festivalın ərazisi ən azı saat 17:00-a qədər bağlı qalacaq.

Münhendə cinayətkarın yanğın törətdiyi yerdə tələ-minalar aşkarlanıb.

“Təzadlar” xəbər verir ki, bu barədə Almaniya mətbuatı yerli polisə istinadən məlumat yayıb.

“Onları zərərsizləşdirmək üçün xüsusi qüvvələr cəlb olunub. Biz çoxsaylı əməliyyat heyəti ilə hadisə yerindəyik”, – məlumatda qeyd olunub.

Daha əvvəl bildirilmişdi ki, o, partlayış planını valideynlərinin evində hazırlayıb və həyata keçirib.

Polis hadisənin baş verdiyi ərazinin böyük hissəsini mühasirəyə alıb. Sakinlərin və sürücülərin bu ərazidən uzaq olmaları tövsiyə edilir.

Münhendə baş verən partlayışı bir şəxs valideynlərinin evində hazırlayıb və həyata keçirib.

“Təzadlar” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Partlayışdan sonra o özü də ölüb.

Almaniyanın Münhen şəhərində partlayışlar baş verib.

“Təzadlar” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Hadisə yerində polis və yanğınsöndürənlər işləyir. Xüsusi bölmələrin əməkdaşları və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər də hadisə yerindədir.

Nəşrin məlumatına görə, bir neçə partlayış baş verib, həmçinin atəş səsləri eşidilib, iki nəfərin meyiti aşkarlanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!